Azərbaycan klubu Türkiyədə güclü yağışa düşsə də… FOTOLAR

29 Aprel 2022 22:40 Bizimkilər 1 215
Azərbaycan klubu Türkiyədə güclü yağışa düşsə də… FOTOLAR

Azərbaycan Region Liqasının final mərhələsinin oyunlarına hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" ilk yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, rəqib Ərzurumu bölgənin həvəskar liqasında təmsil edən, cari mövsüm keçirdiyi oyunlarda uğurlu nəticələr qazanan, lakin pley-off şansını son oyunda əldə verən "Yakutiyespor" olub.

Güclü yağış altında oynanılan matçda "Araz-Naxçıvan" meydanı 4:1 hesablı qələbə ilə tərk edib.

Komandamızın heyətində Pərvin Rüstəmov dubl edib. Digər iki qolun müəllifi isə Sabir Məmmədov və Ayxan Həsənov olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!