"Səbail"in müdafiəçisi Adil Nağıyev ölkə xaricində çıxış edə bilər.
Belə ki, 26 yaşlı futbolçuya Asiya və Avropa ölkələrindən təkliflər var.
Azərbaycan millisinin sabiq üzvü isə mövsümün sonunu gözləyir. Bayıl təmsilçisi ilə müqaviləsi başa çatacaq futbolçu yeni təklfiləri yalnız onda götür-qoy edəcək.
Əgər onu razı salan şərtlər olacaqsa, Nağıyev legioner həyatı yaşamağa isti baxır.
26 yaşlı təcrübəli oyunçunun karyerası yalnız ölkəmizlə bağlıdır. O, AZAL, "Zirə", "Sumqayıt" və "Səbail"in formasını geyinib.
Nağıyev bütün aşağı yaş qrup milli komandalarla bərabər A milli komandanın da formasın geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ

