Azərbaycanlı futbolçuları İtaliya klubuna aparmaq üçün… GETDİLƏR

26 Aprel 2022 11:40 Bizimkilər 1 392
Azərbaycanlı futbolçuları İtaliya klubuna aparmaq üçün… GETDİLƏR

Son illər uşaq futbolunda öncüllərdən birinə çevrilən «European Football Academy» (EFA) beynəlxalq əlaqələrini genişləndirməkdədir.

Məqsədyönlü fəaliyyət proqramı əsasında çalışan EFA bu dəfə İtaliya klubu ilə əməkdaşlığa qərar verib.

Bakıdan gedən nümayəndə heyəti artıq sözügedən ölkədədir. Onlar burada «Peruca» ilə danışıqlar aparacaq.

Səfərin kökündə iki məqsəd dayanır: iki akademiya arasında əlaqələrin qurulması və EFA-da yetişən istedadlı uşaqların transferi.

Bu, EFA-nın ilk belə çalışması deyil. Bakıda fəaliyyət göstərən akademiya Türkiyədən «Çaykur Rizespor» və «Altınordu» ilə sıx münasibətlər qurub.

EFA-nın azyaşlılardan ibarət komandası bugünlərdə «Antalya Cup»da da qüvvəsini sınayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!