"Qoritsa"nın müdafiəçiləri Mahirin önünü necə kəsdi? – VİDEO+FOTOLAR

25 Aprel 2022 13:20 Bizimkilər 868
"Qoritsa"nın müdafiəçiləri Mahirin önünü necə kəsdi? – VİDEO+FOTOLAR

Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 32-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, paytaxt komandası səfərdə "Qoritsa" ilə qarşılaşıb.

Zaqreb təmsilçisi matçda 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 85-ci dəqiqədə Ariyan Ademi vurub.

Həmçinin bu, baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşması olub.

Mahir oyuna start heyətdə çıxıb. O, 76-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.

31 turdan 69 xalı olan Zaqreb təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla 2-ci, "Hayduk" (Split) 63 xalla 3-cüdür. "Qoritsa" isə 40 xalla 6-cı pillədə qərarlaşıb.

“Dinamo” sona 4 tur qalmış liderliyini möhkəmlədib və çempionluğa bir addım da yaxınlaşıb.

Fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 8 matçda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!