Mahir qol vura bilməsə də, "Dinamo" istəyinə çatdı - VİDEO

25 Aprel 2022 00:50 Bizimkilər 733
Mahir qol vura bilməsə də, "Dinamo" istəyinə çatdı - VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 32-ci tur oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Qoritsa" ilə qarşılaşıb. Zaqreb təmsilçisi matçda 1:0 hesabı ilə qalib gəlib.

Həmçinin bu, baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşmasıdır.

Mahir Emreli oyunda start heyətdə meydana çıxıb. O, 76-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.

31 oyundan 69 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla 2-ci, "Hayduk" (Split) 63 xalla 3-cüdür. "Qoritsa" isə 40 xalla 6-cı pillədə qərarlaşıb.

Fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 8 matçda 2 qol vurub.

"Qoritsa" - "Dinamo" (Zaqreb) - 0:1

Qol: Ariyan Ademi, 85

Baş hakim: Zdenko Lovriç

"Radnik" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!