Dekarda “Keşlə”dən (indiki “Şamaxı”) ayrılan Anatoli Abanq Birləşmiş Ərəb Əmirliklərində ulduza çevrilib.
Azərbaycanda oynadığı müddətdə ciddi mənada fərqlənə bilməyən hücumçu yanvarda müqavilə bağladığı ikinci liqada mübarizə aparan “Əl-Bataya”da qısa müddətdə ulduza çevrilməyi bacardı.
Şarja təmsilçisində debüt oyunundaca qol hesabını açdı, bu cür davam etdi və bir anda BƏƏ klublarının maraq dairəsinə düşdü.
Abanqın və digər legionerlərin komandaya cəlb olunması ilə əla sürət yığan “Əl-Bataya” məğlubiyyət tanımadı ki, çempionatın finişinə 1 tur qalmış yüksək dəstəyə vəsiqə qazandı.
27 turdan sonra aktivinə 60 xal yazan Abanqın komandası 1-ci pillədə qəraralaşan “Əl-Fujayra”dan 8 xal geri qalıb. Buna baxmayaraq, hər iki komanda növbəti mövsümdə elitada çıxış edəcək.
Komandanın tarixində ilkin gerçəkləşməsində keçmiş “Keşlə”nin keçmiş futbolçusu xüsusi pay sahibi olub. Belə ki, kamerunlu forvard bu il meydana çıxdığı 14 oyunda 13 qol vurub, 6 qolun ötürməsini verib.
Anatoli Abanq 2021-ci ilin yanvarından sonuna qədər “Keşlə”nin uğurları üçün tər töküb. O, ötən ilin yayında Adelya adlı azərbaycanlı xanımla ailə qurub.
Cütlüyün birgə nigahdan qız övladı dünyaya gəlib.
HƏBİB / SPORTİNFO.AZ

