"Deyəsən, Mahirə Vengerin dediyindən daha az vaxt lazım oldu"

24 Aprel 2022 19:20 Bizimkilər 705
"Deyəsən, Mahirə Vengerin dediyindən daha az vaxt lazım oldu"

Oman millisinin baş məşqçisi Branko İvanoviç “Dinamo”nun forvardı Mahir Emreli barədə danışıb.

Спортинфо.аз хябяр верир ки, o, Xorvatiya çempionatının ardıcıl ikinci oyununda qol vuran yığmamızın hücumçusu haqda bunları deyib:

"Arsen Venger deyirdi ki, "ən yaxşı futbolçu olsa belə, onun adaptasiyası üçün minimum 8-10 ay vaxt lazımdı".

Deyəsən, Emreli üçün Vengerin dediyindən daha az vaxt lazım oldu. Axı o, bura tamam başqa mühitdən, həm titulların, həm də tez-tez qol vurmasını gözlənilən kluba gəlib.

“Riyeka” ilə matçda meydana ehtiyat skamyadan daxil olaraq qol vurdu. Bu da “Dinamo”nun geridönüşünün başlanğıcı oldu.

Bəlkə də titul uğrunda mübarizədə önəmli xalları Emreli gətirdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti