Azərbaycan millisinin müdafiəçisi Polşada cəzalı duruma düşdü

24 Aprel 2022 16:20 Bizimkilər 658
Azərbaycan millisinin müdafiəçisi Polşada cəzalı duruma düşdü

"Visla"da (Plotsk) çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.

Sportinfo.az xəbər verir ki, buna 24 yaşlı müdafiəçinin Ekstraklasanın XXIX turunda "Lex" (Poznan) ilə oyunda (0:1) sarı vərəqə alması səbəb olub.

Krivotsyuk aprelin 25-də Krakov "Visla"sı ilə XXX tur matçını buraxacaq.

"Visla" hazırda 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM