Dadaşovun komandası finalda "Portu”ya rəqib oldu

24 Aprel 2022 15:40 Bizimkilər 783
Dadaşovun komandası finalda "Portu”ya rəqib oldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela”nın Portuqaliya kubokunun finalındakı rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Tondela” həlledici oyunda “Portu” ilə qarşılaşacaq.

“Portu” yarımfinalın cavab matçında “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. Komanda ilk oyunda da qələbə qazandığı üçün (2:1) finala yüksəlib.

“Tondela” ilə “Portu” arasında final görüşü mayın 22-də keçiriləcək. “Tondela” tarixində ilk dəfə finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM