Xorvatiya mətbuatı Mahiri kiminlə müqayisə etdi?

24 Aprel 2022 01:00 Bizimkilər 950
Xorvatiya mətbuatı Mahiri kiminlə müqayisə etdi?

Zaqreb “Dinamo”suna yeni baş məşqçinin gətirilməsi komandada çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə də müsbət təsir edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Jelko Kopiçin əvəzinə Ante Çaçiçin gətirilməsi Mahirin önündə yeni üfüqlər açmalıdır:

“Şübhəsiz ki, Çaçiç hücum xəttində Petkoviçə güvənmək istəyəcək. Lakin “Dinamo” bu oyunçunu istəmir.

Bu üzdən baş məşqçi yaxşı formada olanlara güvənməlidir. Mahir Emreli özünü daha istəkli göstərir.

Düzdür, hələ Petkoviç qədər olmasa da ustalıq səviyyəsi də yüksəkdir. Andriç az oynasa da, məhsuldar və yaxşı təsir bağışlayıb”.

Mahir fevral ayında “Legiya”dan “Dinamo”ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!