"Turan" Balayevi ehtiyatda saxladı, "Kayrat"ı uddu

23 Aprel 2022 22:40 Bizimkilər 788
"Turan" Balayevi ehtiyatda saxladı, "Kayrat"ı uddu

Qazaxıstan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kayrat"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Zədəsini sağaltdıqdan sonra ilk dəfə adı iştirak ərizəsinə daxil edilən 28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb. Beləliklə, Emilin yeni klubunda debütü yenə baş tutmayıb.

Hazırda "Turan" 6 xalla 14 komanda arasında 11-ci pillədə qərarlaşıb, "Kayrat" isə 12 xalla 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM