“Şoka düşürlər, inana bilmirlər ki, vaxtilə yığmalarda oynamış biri indi…”

22 Aprel 2022 21:20 Bizimkilər 1 193
“Şoka düşürlər, inana bilmirlər ki, vaxtilə yığmalarda oynamış biri indi…”

“Müştərilərimin arasında yerli futbolçular da var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gənclər yığmamızın sabiq yarımmüdafiəçisi Pərvin Paşayev deyib.

Karyerasını başa vurandan sonra Polşaya köçən sabiq futbolçu hazırda paytaxt Varşavada bərbər işləyir.

Onun sözlərinə görə, müştəriləri onun keçmiş oyunçu olduğunu bilir:

“Onlarla danışanda, keçmişlə bağlı faktları göstərəndə şoka düşürlər. İnana bilmirlər ki, vaxtilə yığmalarda oynamış biri indi Polşada bərbərlik edir.

Təəccüblənirlər, səbəbini soruşurlar. Başa salıram, anlayırlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!