Mahir Maradonalıq etmək istədi, bəxti gətirmədi - VİDEO

22 Aprel 2022 09:20 Bizimkilər 1 071
Mahir Maradonalıq etmək istədi, bəxti gətirmədi - VİDEO

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi IX turdan təxirə salınmış oyunda "Hayduk"la qarşılaşıb.

Matç "Dinamo"nun minimalhesablı məğlubiyyəti ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

O, hətta 21-ci dəqiqədə 4-5 rəqibini keçsə də, qol vura bilməyib.

​"Dinamo" 66 xalla çempionatda liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM