Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" klubu Portuqaliya Kubokunda finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, komanda yarımfinalın cavab oyununda "Mafra" ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matça start heyətdə başlayan Dadaşov 55-ci dəqiqə Marcelo Alves Santosla əvəzlənib.
İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn "Tondela" tarixində ilk dəfə ölkə kubokunun finalına çıxıb.
Komanda həlledici görüşdə "Portu" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək. Lissabondakı ilk oyunda "Portu" qələbə qazanıb - 2:1
Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.
"Mafra" - "Tondela" 1:1
Qollar: Paçeko, 45 (1:0), Boselli, 89 (1:1)
İlk oyun - 1:3


