Ukraynada yaşayan azərbaycanlı əsir düşdü

22 Aprel 2022 01:20 Bizimkilər 607
Ukraynada yaşayan azərbaycanlı əsir düşdü

Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

bu barədə “Qafqazinfo”ya onun qohumu Esmira Qasımova məlumat verib.

O bildirib ki, 62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb:

“Bu barədə ailəsinə Ukraynadan bildirilib. Rusların əlində olduğuna dair video da var. Onunla bərabər iki ukraynalı da əsir götürülüb”.

E.Qasımova qeyd edib ki, H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!