Mahir derbidə oynalı, "Hayduk" onu məyus etdi

20 Aprel 2022 23:10 Bizimkilər 622
Mahir derbidə oynalı, "Hayduk" onu məyus etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"da (Zaqreb) növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu səfərdə "Hayduk"a qarşı keçirilən I Liqanın 9-cu turundan təxirə salınmış görüşün iştirakçısı olub.

Derbi matçına start heyətində çıxan forvard sonadək meydanda qalıb.

Qarşılaşma Zaqreb təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Nikola Kaliniç vurub.

Bu nəticədən sonra 66 xalı olan "Dinamo" zirvədəki yerini qoruyub. Xallarını 62-yə çatıdran "Hayduk" isə 3-cü pillədə qərarlaşıb.

Mahir Emreli "Dinamo"nun heyətində 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!