MAHİR: "Özümə deyirəm ki, kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki"!?

20 Aprel 2022 20:20 Bizimkilər 647
MAHİR: "Özümə deyirəm ki, kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki"!?

"Bu, mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm.

Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə "Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən" deyən biri olsun.

Daha doğrusu, belə düşünürəm: kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki"!?

Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli "sportske.jutarnji.hr" nəşrinə müsahibəsində deyib.

25 yaşlı hücumçu bildirib ki, bəzən zədələnəndə buna fərqli reaksiya verir:

"Hayduk"la oyununun Xorvatiyanın ən böyük derbisi olduğunu, bu oyunun hansı mənanı kəsb etdiyini bilirdim və oynamaq istəyirdim.

Buna görə də zədələnməyim çox pis oldu. Həmin oyunda heç nə etmədim. Zədəli olduğumu heç kim bilmirdi.

Bu barədə baş məşqçiyə deməmişdim və fanatların mənə baxanda nə düşündüklərini təsəvvür edirdim.

Yəqin fikirləşirdilər ki, "Dinamo" məni niyə alıb. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!