"Mahir "Dinamo"da özünü yaxşı tərəfdən göstərir, qollarının davamı gələcək"

20 Aprel 2022 03:50 Bizimkilər 725
"Mahir "Dinamo"da özünü yaxşı tərəfdən göstərir, qollarının davamı gələcək"

"Mahir Emrelinin özünü göstərməsi üçün zamana ehtiyacı olduğunu bildirmişdim. "Riyeka" ilə matçda baxımlı qol vurdu, yaxşı da futbol oynadı".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Marko Şarliya bildirib.

Vaxtilə "Bakı"nın qapısını qorumuş veteran qolkiper hazırda "Dinamo"da əvəzedici heyətdə qapıçılar üzrə məşqçi işləyir. Şarliya Mahirin Zaqreb klubundakı çıxışını dəyərləndirib:

"Mahir meydana çıxdığı ilk oyundan özünü yaxşı tərəfdən göstərir. Bundan əvvəl də qol epizodları var idi. İki dəfə qapı tiri qola imkan verməmişdi.

Amma nəhayət ki, o, qolunu vurdu. Onun vurduğu qoldan sonra "Dinamo" qələbəyə yaxınlaşdı.

Fikrimcə, bundan sonra Mahirin "Dinamo"dakı qollarının davamı gələcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!