Superliqanın pley-off matçlarında oynayacaq - Millimizin qapıçısı

19 Aprel 2022 03:50 Bizimkilər 2 503
Superliqanın pley-off matçlarında oynayacaq - Millimizin qapıçısı

Futzal üzrə Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli Rusiya Superliqasında "Torpedo"nun heyətində oynamaq üçün bu həftə sifariş ediləcək.

Sportinfo.az xəbər verir ki, qapıçı "Torpedo"ya martda keçsə də, hələ ki, debüt edə bilməyib.

Bazar ertəsi RFU İcraiyyə Komitəsinin bürosunun iclası keçiriləcək və burada oyunçuların transfer statusunda bütün dəyişikliklər razılaşdırılacaq.

Bundan sonra Rövşən yeni komandası üçün rəsmən sifariş ediləcək və pley-off matçlarında çıxış edə biləcək.

"Torpedo” Rövşənsiz səfərdə “Norilski Nikel”i 5:4 məölub edib və hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM