Legioner futbolçumuz klubunu dəyişməyə hazırlaşır - Polşada

17 Aprel 2022 23:20 Bizimkilər 815
Legioner futbolçumuz klubunu dəyişməyə hazırlaşır - Polşada

Polşada legioner həyatı yaşayan Şahin Zəkiyev klubunu dəyişməyə hazırlaşır.

Həmyerlimizə Polşa ikinci liqa klublarından ciddi maraq var.

Hazırda adıçəkilən ölkənin üçüncü liqa təmsilçisi "Sokol"un (Slopnitse) şərəfini qoruyan qolkiper yayı gözləyir.

Çünki Şahinin "Sokol"la müqaviləsi mövsümün sonuna kimidir. Məhz həmin vaxt futbolçumuz yeni klubu ilə bağlı yekun qərarını verəcək.

Zəkiyev bu ilin fevralında Polşa təmsilçisinə transfer olunub. O, daha əvvəl ölkəmizdə "Səbail" və "Keşlə"nin formasını geyinib. 22 yaşlı futbolçu U-21 millimizdə də çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!