Azərbaycanlı legioner komandasına bu cür penalti qazandırdı - VİDEO

16 Aprel 2022 21:00 Bizimkilər 691
Azərbaycanlı legioner komandasına bu cür penalti qazandırdı - VİDEO

Azərbaycanlı futbolçu Latviyada növbəti matçına çıxıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Asim Əlizadənin şərəfini qoruduğu “Dauqavpils” doğma azarkeşləri önündə “Spartak”ı qəbul edib.

6-cı tur çərçivəsində baş tutan oyunda Dauqavpilsin eyniadlı komandası rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Oyuna start heyətində başlayan Əlizadə qələbədə böyük pay sahibi olub.

Belə ki, 59-cu dəqiqədə məhz “11 nömrə”nin rəqibin cərimə meydançasındakı fəallığından sonra “Spartak”ın futbolçusu qaydanı pozmağa məcbur olub.

Belədə baş hakim Asimə qarşı kobudluğa görə 11 metrlik “nöqtə”ni göstərib. “Dauqavpils” həmin epizodda hesabı açıb, 86-cı dəqiqədə daha bir qol vurub.
Həmyerlimiz 81-ci dəqiqədə əvəzlənib.

Bu, Asim Əlizadənin Latviya çempionatında 5-ci oyunu olub.

“Dauqavpils”in 6 turdan sonra növbəti qələbəsini qazanmaqla 8 xalla 6-cı pillədə qərarlaşıb.

Əlizadənin penalti qazandığı epizodun görüntüsünü təqdim edirik:

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!