Mahir Xorvatiyada 2-ci qolunu vurdu, "Dinamo" qazandı - VİDEO

15 Aprel 2022 23:00 Bizimkilər 2 475
Mahir Xorvatiyada 2-ci qolunu vurdu, "Dinamo" qazandı - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"da (Zaqreb) növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya 1-ci Liqanın XXXI turunda "İstra" ilə ev matçının iştirakçısı olub.

Meydana start heyətində çıxan forvard 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. O, 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub.

Beləliklə, "Dinamo" bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan "İstra" isə 9-cu sırada qərarlaşıb.

Mahir Emreli XXX turda "Riyeka"ya qarşı çempionat matçında da fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!