Azərbaycan millisinin keçmiş oyunçusu bu ölkədə qol vurdu - VİDEO

15 Aprel 2022 02:30 Bizimkilər 1 028
Azərbaycan millisinin keçmiş oyunçusu bu ölkədə qol vurdu - VİDEO

Niderland Eerste Divizyesində (I Liqa) 34-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "Ekselsior"un qonağı olub.

Matç futbolçumuzun komandasının 4:1 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

O. 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub. Xallarını 35-ə yüksəldən "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM