"Son vaxtlar qol vurmaqda çətinlik çəkirəm, bunun səbəbini bilmirəm"

14 Aprel 2022 03:00 Bizimkilər 596
"Son vaxtlar qol vurmaqda çətinlik çəkirəm, bunun səbəbini bilmirəm"

"Bursaspor"da çıxış edən azərbaycanlı futbolçu Namiq Ələsgərov "Kocaelispor" üzərində qələbədən (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi qol vurmaqda çətinlik çəkdiyini deyib:

"Sıralamaya görə bizim üçün vacib oyun idi. Mütləq qələbə qazanmalıydıq. Başqa düşüncəmiz yox idi.

Şükürlər olsun ki, azarkeşlərimizin dəstəyi ilə qalib gəldik. Oyunda bəzi epizodlarda sanki tələsdim.

​Son vaxtlar qol vurmaqda çətinlik çəkirəm. Bunun səbəbini bilmirəm. Bir qol vursam, davamı gələcək".

Ələsgərov bu mövsüm 30 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!