"Mahir səviyyəsini göstərdi, gözəl qol vurdu və mən ona görə sevinirəm"

14 Aprel 2022 02:30 Bizimkilər 799
"Mahir səviyyəsini göstərdi, gözəl qol vurdu və mən ona görə sevinirəm"

Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç ölkə çempionatının 30-cu turunun "Riyeka" ilı matçını (2:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən 45 yaşlı mütəxəssis Mahir Emreli haqda danışıb.

Kopiç azərbaycanlı hücumçunun öz səviyyəsini göstərdiyini deyib:

"Təbii ki, bu, Mahir üçün çox şey deməkdir. O, özünə böyük ümidlər bəsləyir, amma zədələrlə mübarizə aparırdı.

Əvvəlki oyunlarda iki topu dirəkdən döndü. Mahir bu qolu çox istəyirdi.

Bu müddət onun üçün əlbəttə ki, asan olmadı, elə mənim üçün də asan deyil. Mahir səviyyəsini göstərdi, gözəl qol vurdu və mən ona görə sevinirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!