"İki gün özümü silkələyib, ailəmlə danışacam, görək, nə etmək mümkündür"

13 Aprel 2022 16:20 Bizimkilər 663
"İki gün özümü silkələyib, ailəmlə danışacam, görək, nə etmək mümkündür"

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Erzgebirge"də çıxış edən millimizin yarımmüdafiəçisi Dmitri Nazarov Aue təmsilçisindəki gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, klubda qalıb-qalmayacağı ilə bağlı rəhbərliklə danışacağını deyib:

"Hələ heç kimlə heç nə ilə əlaqədar danışmamışam. Mən çox nikbin insanam və həmişə ayağa qalxacağımıza inanmışam.

İki gün özümü silkələyib, ailəmlə danışacam. Görək, nə etmək mümkündür. Klub rəhbərliyi ilə də söhbətim olacaq".

"Erzgebirge" hazırda 19 xalla 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci Bundesliqanı tərk etsə, Nazarov klubdan ayrıla bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!