Yunan derbisində azərbaycanlı ədaləti - VİDEO

13 Aprel 2022 03:00 Bizimkilər 938
Yunan derbisində azərbaycanlı ədaləti - VİDEO

FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasında daha bir oyunu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, Superliqanın çempionluq qrupunun 3-cü turunda ötən gün keçirilən “Olimpiakos” – AEK oyununun baş hakimi olub.

Ağayev 1:1 hesabı ilə başa çatan matçda hər komandadan 1 futbolçuya sarı vərəqə göstərib.

Əliyar bundan əvvəl də Yunanıstan Superliqasının bir neçə matçına təyinat almışdı. ​

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!