"Azərbaycanda qalmaq fikrim yoxdur, xaricdən təkliflərim çoxdur"

13 Aprel 2022 20:00 Bizimkilər 1 105
"Azərbaycanda qalmaq fikrim yoxdur, xaricdən təkliflərim çoxdur"

"Azərbaycanda qalmaq fikrim yoxdur"

Bunu Sportinfo.az-a açıqlamasında "Ankara Keçiörengücü""dən ayrılan Vüsal İsgəndərli deyib.

Hazırda "Sumqayıt"ın düşərgəsində olan yarımmüdafiəçi "kimyaçılar"la müqavilə imzalayacağı ilə bağlı iddiaları yalanlayıb:

"Yazırlar ki, "Sumqayıt"la razılıq əldə etmişəm. Amma elə deyil. Bu komandanın məşqlərinə qoşulmaqda məqsədim formamı bərpa etməkdir.

Yəqin ki, növbəti ayın əvvəlinə kimi burada olacam. Klub prezidenti Riad Rəfiyevə bu fürsəti mənə yaratdığı üçün təşəkkür edirəm.

Ölkə xaricindən təkliflərim çoxdur. Yəqin ki, gələn ay münasib birini dəyərləndirəcəm".

Vüsal ötən ilin yayından Türkiyə təmsilçisinin formasını geyinirdi. O, birinci liqa klubunda 23 matçda meydana çıxıb və 4 qol vurmağı bacarıb.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!