"Mahirə vaxt lazımdır, lakin səviyyəsini göstərməkdədir"

11 Aprel 2022 09:00 Bizimkilər 871
"Mahirə vaxt lazımdır, lakin səviyyəsini göstərməkdədir"

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında 30-cu tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, zaqreblilər "Riyeka" səfərində 2:1 hesabı ilə qələbə qazanıb.

57-ci dəqiqədə meydana çıxan Mahir 79-cu dəqiqədə komandasının ilk qolunu vurub. Bu, Emrelinin Zaqreb təmsilçisində ilk qoludur.

Sona az qalmış ikinci qolu vuran "Dinamo" matçı qələbə ilə başa vurub.

"Mahir Emreliyə vaxt lazımdır, lakin səviyyəsini göstərməkdədir" - Bunu "Dinamo"nun baş məşqçisi Jelko Kopiç deyib.

45 yaşlı mütəxəssis bildirib ki, bərabərlik qolunu vuran azərbaycanlı hücumçu və qələbə topuna imza atan şimali makedoniyalı Ariyan Ademi oyundan-oyuna formaya düşür.

"Dinamo" bu qələbə sayəsində xalını 63-ə çatdırıb və ehtiyatda bir oyunu olduğu halda, 1-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!