Namiq məhsuldar ötürmə verdi, "Bursaspor" "qara zolaq"dan çıxdı - VİDEO+FOTOLAR

11 Aprel 2022 00:50 Bizimkilər 906
Namiq məhsuldar ötürmə verdi, "Bursaspor" "qara zolaq"dan çıxdı - VİDEO+FOTOLAR

Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərov “Bursaspor”un heyətində Türkiyə I Liqasında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı vinger XXXI turun “Kocaelispor”la ev oyununda start heyətdə yer alıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Ələsgərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə yerini Ramazan Keskinə verib.

Bu qələbə sayəsində xalını 31-ə çatdıran “Bursapor” 18-ci pillədə yer alıb. “Kocaelispor” isə 33 xalla 17-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM