AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov müsahibəsində deyib ki, bölgələrə futbolun qayıtmağı xoş haldır...
Elə danışıb ki, sanki illərdir bu istəyib bölgələrdə futbol olsun, millət imkan verməyib.
Rəhmətliyin nəvəsi, bəs, camaat indiyədək erməni xaçına söyürdü?
"Bölgələrdə futbol" deməkdən adamların ağzı yara bağlayıb e..

Sanki "lisenziyalaşdırma şərtləri" adı altında rayonları peşəkar futbolsuz qoyan biz olmuşuq, Elxan Məmmədov yox.
Amma "Səbail"dən tələm-tələsik klub düzəldəndə, heç "lisenziyalaşdırma" "yada düşmədi".
2-3 ilə uşaq komandalarını da "düzüb-qoşduz", stadionu da, strukturu da. İdarə heyətinə də öz yanında fırlananlardan bir neçəsini göndərdin, bununla da "Səbail" oldu peşəkar klub.
... Şamaxıdakı ab-hava, oyun, azarkeş ləzzət elədi.
Kaş, AFFA rəhbərliyi gördükləri bu mənzərədən insafa gəlib, digər bölgələr üçün də "yaşıl işıq" yandıra...
İlkin Fikrətoğlu
(feysbuk qeydləri)

