Azərbaycanlı məşqçi yeni klubu ilə müqaviləyə bu tarixdə imza atacaq

9 Aprel 2022 22:20 Bizimkilər 779
Azərbaycanlı məşqçi yeni klubu ilə müqaviləyə bu tarixdə imza atacaq

Xəbər verdiyimiz kimi, azərbaycanlı məşqçi Etibar İbrahimov “Ayntraxt” (Frankfurt) ilə anlaşıb.

44 yaşlı mütəxəssis Almaniya təmsilçisinin Çindəki akademiyasında çalışacaq.

İbrahimovla 1+2 illik müqavilə imzalanacaq. O, viza ilə bağlı məsələni həll etdikdən sonra sözləşməni rəsmiləşdirmək üçün Almaniyaya, oradan isə Çinə yollanacaq.

Məşqçinin təyinatında "Ayntraxt"ın beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub.

Almaniyalı mütəxəssis 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində və Hindistan yığmasında birgə çalışdığı İbrahimovu klub rəhbərliyinə məsləhət görüb.

Etibar İbrahimov 2018/2019 mövsümündə “Kəpəz”in baş məşqçisi olub. O, daha əvvəl "Ayntraxt"da ixtisasartırma kurslarında da iştirak edib.

Gəncəli mütəxəssis Sportinfo.az-a bildirib ki, indiki məqamda ABŞ-dan Çinə yollanması onun üçün problemdir:

“Çinə getmək üçün viza almalıyam. Bunun üçün Bakıya qayıtmağım vacibdir. İnşallah, gələn həftə Azərbyacana qayıdacam.

Almaniyaya yollanıb müqaviləyə qol çəkməyim üçün Şengen vizasını almalıyam. Daha sonra Çin vizasına sahib olmalıyam.

Bu isə bir qədər vaxt aparan işdir. Fikrimcə, mayın sonuna qədər Çinə yola düşə biləcəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!