Vətənə qayıdan Türkiyədəki legionerimiz bu klubun düşərgəsinə qoşuldu

8 Aprel 2022 23:40 Bizimkilər 1 028
Vətənə qayıdan Türkiyədəki legionerimiz bu klubun düşərgəsinə qoşuldu

Türkiyənin birinci liqa təmsilçisi "Keçiörengücü" komandasından ayrılan Vüsal İsgəndərli vətənə qayıdıb.

Həmyerlimiz hazırda "Sumqayıt"ın düşərgəsində məşqlərə çıxır.

Legioner futbolçumuz heç də "kimyaçılar"la anlaşmayıb. Sadəcə bir müddət məşqsiz qalmamaq üçün bu qərara gəlib.

26 yaşlı yarımmüdafiəçiyə Türkiyə, Polşa və Çexiyadan yeni təkliflər var. Məhz seçimini edənə kimi İsgəndərli Sumqayıt təmsilçisində məşqlərinə davam edəcək.

Vüsal ötən ilin yayından Türkiyə təmsilçisinin formasını geyinirdi. O, birinci liqa klubunda 23 matçda meydana çıxıb və 4 qol vurmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!