Azərbaycanlı Türkiyədəki işini atıb, futbola qayıtdı - FOTO

8 Aprel 2022 16:40 Bizimkilər 1 174
Azərbaycanlı Türkiyədəki işini atıb, futbola qayıtdı - FOTO

Daha bir azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirəcək.

Söhbət illər Azərbaycan Premyer Liqasında top qovmuş, son 1 ildə sevdiyi sənətdən uzaq düşmüş Elgün Nəbiyevdən gedir.

Futboldan uzaqlaşdıqdan sonra Türkiyədə fərqli sahədə işləyən Nəbiyev karyerasını bərpa etmək qərarına gəlib. Və bu niyyətlə bir neçə gün öncə Krakova yola düşüb.

26 yaşlı futbolçu Polşanın 4-cü liqasında mübarizə aparan “Limanova”nın uğurları üçün tər tökəcək. Tərəflər arasında ümumi razılıq əldə olunsa da, müqavilənin növbəti həftənin ilk günlərində bağlanacağı gözlənilir.

Elgün Nəbiyev karyerası ərzində Premyer Liqada çıxış edən “Zirə”, “Sabah” və “Səbail”in formasını geyinib ki, 2015/16 mövsümündə zirəlilərin heyətində gümüş medala sahib olub.

Maraq üçün xatırladaq ki, hazırda Polşada 3 azərbaycanlı – Nazim Bağırov, Riad Abbaszadə və Şahin Zəkiyev top qovur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!