Azərbaycanlı idman gimnastları Cessika Qədirova və Cennifer Qədirova Böyük Britaniya çempionatında ümumilikdə 6 medal qazanıblar.
Sportinfo.az xəbər verir ki, bunların 3-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc medal olub.
Cesika Qədirova dayaqla tullanma və fərdi döşəmə hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 18 yaşlı idmançı balans hərəkətlərində isə 2-ci yeri tutub.
Onun əkiz bacısı Cennifer Qədirova dəstəli at üzərində hərəkətlərdə qızıl, fərdi döşəmə hərəkətlərində gümüş və paralel qollarda bürünc medala sahib çıxıb.
Cesika Qədirova və Cennifer Qədirova Tokio-2020 Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra idman gimnastikasında olimpiya medalı qazandırıblar.

