“Bursaspor” AFFA-dan məlumat aldı ki… Namiq barədə

28 Mart 2022 20:20 Bizimkilər 870
“Bursaspor” AFFA-dan məlumat aldı ki… Namiq barədə

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-dan "timsahlar"a məlumat verilib.

Malta yığması ilə yoldaşlıq oyununu zədə səbəbindən buraxan 27 yaşlı yarımmüdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilib. Ələskərov Latviya ilə görüşün iştirak ərizəsində yer alacaq.

Martın 29-da Maltada keçiriləcək Azərbaycan - Latviya qarşılaşması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM