Rusiya 1-ci divizionunda 29-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" doğma meydanda "Tekstilşik"lə qarşılaşıb.
Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Kamran da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana daxil olub. Komandasının sonuncu qolunu da 88-ci dəqiqədə 22 yaşlı futbolçu vurub.
Xallarını 48-ə yüksəldən "SKA Xabarovsk" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

