Mahir Emrelini gözləyən QİYMƏT TƏHLÜKƏSİ

26 Mart 2022 23:20 Bizimkilər 913
Mahir Emrelini gözləyən QİYMƏT TƏHLÜKƏSİ

Qış fasiləsində "Legiya"nı "Dinamo"ya (Zaqreb) dəyişən Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni klubunda işləri heç cür yoluna düşmür.

Polşa təmsilçisi ilə məlum qalmaqala görə qış fasiləsini faktiki hazırlıqsız başa vuran forvard Xorvatiya klubuna optimala formasından uzaq qoşulmalı olmuşdu.

Məntiqli olaraq baş məşqçi Jelko Kopiç 25 yaşlı oyunçuya bir müddət formasını bərpa etmək üçün fürsət tanıdı.

Nəhayət, Avropa Liqasının pley-off mərhələsinin "Sevilya" ilə səfər matçında Emreli debüt etmək imkanı qazandı. İlk matçında ciddi nə iləsə yadda qalmayan həmyerlimiz çempionat görüşlərində tədricən özünə gəldiyi hiss olunurdu.

Amma "Xayduk"la səfər matçda aldığı zədə Mahirin yenidən ritmdən düşməsinə səbəb oldu. Bu səbəbdən millinin Malta və Latviya ilə yoxlama görüşlərinə də çağrılmayan hücumçu yenidən bərpa olub, özünə heyətdə yer etməyə ümid edir. Ancaq bütün başverənlər Mahir Emrelinin transfer qiymətindən də yan keçmir.

Belə ki, "Legiya"da qiyməti 2 milyon avroya yüksələn oyunçumuzun dəyəri yenidən aşağı düşərək 1.5 milyon avro olub. Təbii ki, proses müsbət axara dəyişməsə Mahirin dəyərinin daha da ucuzlaşacağı reladı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!