Qarabağda son vəziyyət necədir? - Müdafiə Nazirliyi açıqlama yaydı

25 Mart 2022 01:10 Bizimkilər 819
Qarabağda son vəziyyət necədir? - Müdafiə Nazirliyi açıqlama yaydı

"Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

"Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir.

Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur. Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir" - məlumatda bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!