"Mənə Azərbaycan millisinə gəlməyim üçün qohumlarımla bir neçə dəfə təklif göndərilib"

24 Mart 2022 11:40 Bizimkilər 5 655
"Mənə Azərbaycan millisinə gəlməyim üçün qohumlarımla bir neçə dəfə təklif göndərilib"

«Gələcəkdə nəyin necə olacağını indi deyə bilmərəm, hələlik belə fikrim yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında yunan-roma güləşi üzrə Ukrayna yığmasının üzvü Pərviz Nəsibov deyib.

Tokio Olimpiadasında bu ölkəyə gümüş medal qazandıran həmyerlimiz azərbaycanlı idmançı başqa yerə getməyə hazırlaşmadığını bildirib.

O, bu arada Azərbaycan yığmasından yeni dəvət almadığını söyləyib: «Olimpiadadan sonra mənə qohumlarım vasitəsilə bir neçə dəfə təklif göndərilmişdi.

Son vaxtlar isə oradan yalnız qohumlarım və dostlarım zəng edir. Sağ olsunlar, bizi diqqətdən kənarda saxlamırlar.

Hamı Ukraynadakı vəziyyətdən narahatdır. Azərbaycan Güləş Federasiyası məni yenidən milliyə dəvət etsə… Yəqin ki, bu məsələ hələ bir müddət gündəmə gəlməyəcək.

İndiki vəziyyətdə Ukraynadan getməyi ağlımın ucundan keçirmirəm. Bura mənim ikinci vətənimdir. Məni dünyaya Ukrayna tanıdıb.

Ukraynalı məşqçilərin əziyyətini yerə vura bilmərəm. Dövlət ailəmiz üçün hər şey edib. Bizi ev və işlə təmin edib.

Mənim borcum Ukrayna üçün mübarizə aparmaqdır. Bir neçə il sonra nələr olar, nələr olmaz, bunu zaman göstərəcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!