“Mahir “Legiya”da “öldürücü” deyildi, hələ də axtarışdadır“

23 Mart 2022 13:40 Bizimkilər 765
“Mahir “Legiya”da “öldürücü” deyildi, hələ də axtarışdadır“

Xorvatiya mətbuatı "Dinamo"nun hücum xəttini gücləndirməyin zəruri olduğundan yazarkən komandanın qış transferi Mahir Emreliyə də yer veriblər.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı həmkarlarımız Zaqreb klubunun yeni forvarda ehtiyac olduğuna mesaj verib:

"Dinamo" qış "transfer pəncərəsi" zamanı Mahir Emreli ilə müqavilə imzaladı. Bu, Martin Ojedanın transferinin baş tutmamasından sonra təsəlliverici mükafat idi.

Azərbaycanlı forvard 2020/2021 mövsümündə "Qarabağ"da 22 qol vurmuşdu. “Legiya”da isə o qədər də “öldürücü” deyildi və sonda Polşa klubundan ayrıldı.

"Dinamo" hələ də axtarışdadır. Emreli hələ də yaxşı transfer hesab edilə bilər. Amma “Dinamo”ya təcrübəli, növbəti mövsüm üzərində oyun qura biləcəyi və qollarına inanılacaq bir oyunçu lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!