Namiq "Bursaspor"un qələbəsində iştirak etdi - VİDEO

21 Mart 2022 00:40 Bizimkilər 727
Namiq "Bursaspor"un qələbəsində iştirak etdi - VİDEO

Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 28-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Balıkesirspor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Namiq bu oyunda meydana start heyətdə daxil olub və 90-cı dəqiqədə Yusuf Turkla əvəzlənib.

"Bursaspor" hazırda turnir cədvəlində 28 xalla 18-ci, "Balıkesirspor" 11 xalla 19-cu pillədə qərarlaşıb. Siyahıya 59 xalla "Ankaragücü" başçılıq edir.

"Bursaspor" - "Balıkesirspor" 2:1
Qollar:
Dursun, 22 (0:1), Atasayar, 53 (1:1), Pedro, 64 (2:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!