Azərbaycan millisinin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Baş məşqçi Canni De Byazinin dəvət göndərdiyi 24 nəfərlik siyahı yenə geniş müzakirələrə yol açıb.
Dəvəti gözlənilməz olanlar kimi, kənarda qalması təəccüb yaradanlar da az deyil. Məsələn, Vüsal İsgəndərli kimi.
Ötən ilin yayından Türkiyədə legioner həyatı yaşayan futbolçumuza yenə laqeyd münasibət göstərilib. Qeyd etdiyimi kimi, kənarda qalan bir neçə ad var. Amma məsələyə konkret olaraq Vüsal üzərindən gəlməyimin əsası var.
Ki, 25 yaşlı yarımmüdafiəçisin çıxış etdiyi Türkiyə birinci liqasında digər həmyerlimiz Namiq Əlsəgərov da çıxış edir. Amma nədənsə Ələsgərova hər dəfə dəvət göndərilir, amma Vüsal yada düşmür.
Eyni çempiontda çıxış edirlər. Vüsalın komandası turnir cədvəlində 11-ci pillədə gedirsə, Namiqin komandası 17-ci yerdə qərar tutur. Hər iki futbolçunun da aktivində eyni sayda - 4 qol var.
Müqayisədə məqsədim Namiqi arxa plana atmaq və ya zəif göstərmək deyil. Sadəcə statistika və digər faktlar göstərir ki, Vüsal ən pis halda Namiqdən zəif deyil.
Ən azı Namiq qədər ölkənin əsas millisinə dəvət olunmağı haqq edir. Əksi olursa, bunun tək adı var - ikili münasibət!
XAnOĞLAN / SPORTİNFO.AZ

