Azərbaycanlı legioner 4 cavabsız qola üzüldü - Latviyada

20 Mart 2022 18:40 Bizimkilər 733
Azərbaycanlı legioner 4 cavabsız qola üzüldü - Latviyada

Latviya çempionatında 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə RFS ilə qarşılaşıb. Asimin komandası bu oyunda ağır məğlubiyyətə üzülüb – 0:4.

Asim də bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan azərbaycanlı futbolçu 59-cu dəqiqədə əvəzlənib.

İki turdan sonra 3 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM