Türkiyə klubu azərbaycanlı futbolçunu Türkiyə Futbol Federasiyasından qeydiyyatdan keçirib.
Vüqar Bağırov artıq rəsmən “Alanyaspor”un futbolçusudur.
2006 doğumlu azərbaycanlı oyunçu ötən ilin yayından Alanya təmsilçisinin sıralarında idi. U-16 komandasının məşqlərinə və oyunlarına cəlb olunan Bağırov bundan sonra “Alanyaspor”un rəsmi üzvü kimi oynayacaq.
“Alanyaspor” yaxın zamanlarda Vüqarın vətəndaşlıq məsələsini də yoluna qoyacaq. Bu baş versə, həmyerlimiz gələcəkdə Türkiyədə legioner sayılmayacaq. Lakin Vüqar Azərbaycan millisinin şərəfini qorumaqda maraqlıdır.
Bağırov Azərbaycanın U-16 millisinə cəlb olunur. O, vaxtilə “Qarabağ”la “Neftçi”nin şərəfini qoruyub, ilyarım Gürcüstanda “Saburtalo” komandasında çıxış edib.
HƏBİB / SPORTİNFO.AZ

