Azərbaycan millisində oynamış Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge Aue” ikinci Bundesliqada növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, millimizin futbolçusunun komandası evdə “Karlsrue” ilə oynayıb.
Matç Aue klubunun 0:3 hesablı məğlubiyyətilə yekunlaşıb. Start heyətində meydana çıxan yarımmüdafiəçi 69-cu dəqiqədə komanda yoldaşı ilə əvəzlənib.
"Erzgebirge Aue" hazırda 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
“Erzgebirge Aue” – “Karlsrue” 0:3
Qollar: Hoffman 54, Vanitzek 67, Lorenz 85

