Azərbaycanlı legioner yerli klubların təklifinə "YOX" DEDİ

16 Mart 2022 19:20 Bizimkilər 1 102
Azərbaycanlı legioner yerli klubların təklifinə "YOX" DEDİ

Bu mövsümdən Türkiyədə I Liqasında çıxış edən Vüsal İsgəndərli qış fasiləsində vətənə dönə bilərmiş.

Belə ki, 26 yaşlı yarımmüdafiəçiyə Premyer Liqa klublarından ciddi təkliflər olub.

Amma Vüsal legioner həyatı yaşamaqda israrlı olduğunu bildirincə, danışıqlar bitib.

Həmyerlimiz ötən ilin yayından Türkiyə birinci liqa təmsilçisi "Keçiörengücü"nün şərəfini qoruyur.

O, arxada qalan müddətdə Türkiyə təmsilçisinin heyətində 23 oyunda meydana çıxıb və 4 dəfə fərqlənməyi bacarıb.

Azərbaycan millisinin üzvü ölkəmizdə "Rəvan", "Simurq" "Zirə" və "Keşlə"nin formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!