“Mahir Emrelinin gəlişindən sonra Pekhart ehtiyata məhkum qaldı”.
Sportinfo.az xəbər verir ki, bunu Polşa millisinin və “Legiya”nın sabiq hücumçusu Yerji Podbrojnı deyib.
56 yaşlı mütəxəssis Tomaş Pekhartın Varşava klubunda əvvəlki formasından uzaq qalmasını Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə əlaqələndirib.
Onun fikrincə, mövsümün əvvəlində Polşa təmsilçisinə keçən Mahir həmkarını üstələyib: “Pekhart “Legiya” üçün çox vacib futbolçu idi.
Onun heyətdəki yerini itirməsi birdən-birə oldu. Emreli ora gəlməklə Pekhartın həm fiziki formasını, həm də psixologiyasını pozdu.
Onu yenidən əvvəlki vəziyyətinə gətirmək heç də asan olmayacaq. Üstəlik, “Legiya” ötən mövsümdəki qədər qol vəziyyəti də yaratmır”.
Mahir Emreli qış fasiləsində “Legiya”dan Zaqreb “Dinamo”suna keçib.

