Martın 7-də Avstriyaya yola düşən və dərhal yeni komandasına qoşulan Amit Quluzadə yerli Regional Liqada debüt edib.
Ştadl-Paura şəhərinin eyniadlı komandası doğma azarkeşləri önündə liderlər sırasında qərarlaşan “Gürten”lə üz-üzə gəlib.
Hesabı 4-cü dəqiqədə qonaqlar açsa da, məhz həmyerlimizin ötürməsindən sonra komanda yoldaşı 8 dəqiqə sonra bərabərlik qoluna sevinib. 76-cı dəqiqədə Przibiko “Gürten”ə qələbə qavandıran topu vurub.
Amit oyuna start heyətində çıxıb. Lakin hazırlıq durumu tam qaydasında olmadığından, 65-ci dəqiqədə Adama Traore ilə əvəzlənib.
Maraq üçün xatırladaq ki, “Ştadl-Paura”nın “11-liy”ində bir nəfər də olsun, avstriyalı yer almayıb. Sonradan meydana çıxan 3 nəfərdən heç biri əslən avstriyalı olmayıb.
Qış fasiləsində heyəti büsbütün dəyişən rəhbərlik Braziliya, Serbiya və Koreya kimi ölkələrdən 20-dən artıq legioneri komandaya cəlb edib.
Elə buna görədir ki, mövsümün ilk yarısında 0:5, 0:7, 0:13 hesabı ilə məğlubiyyətləri sıralayan Amitin komandası yeni ildə güclü rəqibinə 1:2 hesabı ilə uduzub.
HƏBİB / SPORTİNFO.AZ
Videonu bu linkə daxil olaraq izləyə bilərsiz.

