Türkiyə mediası Namiqin "üzərinə yeridi": "Saç-baş yoldurub"

14 Mart 2022 03:38 Bizimkilər 1 364
Türkiyə mediası Namiqin "üzərinə yeridi": "Saç-baş yoldurub"

“Bursaspor”da çıxış edən Namiq Ələsgərov yerli mətbuatda tənqid olunmağa başlayıb.

Sportinfo.az xəbər verir ki, bir aydan çoxdur fərqlənə bilməyən 27 yaşlı vinger qınaq hədəfinə çevrilib.

“Olay” qəzetində “Nə oldu sənə Ələskərov?” sərlövhəli yazıda Namikin formadan düşdüyü iddia olunur:

“Bu mövsümün əvvəlində "Bursaspor"un heyətinə qatılan Azərbaycan türkü olan cinah futbolçusu Namiq Ələsgərov xüsusilə son həftələr aşağı forması ilə diqqət çəkir.

Mövsümün əvvəlində Çempionlar Liqasının seçmə mərhələsində “Neftçi”də çıxış edən və 3 oyuna 2 qol vuran, daha sonra “Bursaspor”a transfer olan Namiq liqada 23 oyunda 1735 dəqiqə meydanda olub.

O, 4 qol vurub, 5 məhsuldar ötürmə edib. 27 yaşlı azərbaycanlı Massimo Bruno ilə birlikdə komandanın ən məhsuldar adı olmasına baxmayaraq, xüsusilə son 5 həftədə susqunluğu ilə diqqət çəkir.

Liqada son qolunu dekabrın 11-də “Manisa” matçında vuran Ələsgərov fevralın 5-də “Altınordu” ilə oyunda son qol ötürməsini edib.

Yəni son 5 həftədə hesaba töhfə verə bilməyən Ələsgərov qaçırdığı epizodlarla saç-baş yoldurub. Yeni baş məşqçi Mustafa Erin qalan 10 həftədə Namiq Ələsgərovun əvvəlki formasını bərpa edəcəyi gözlənilir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!